"Real"ın baş məşqçisi Alvaro Arbeloa Joze Mourinyonun bu yay Madrid klubuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
"Sabahkı oyundan narahatam. Gələcək sabahdır, həmişə "Real" haqqında düşünürəm. Bu qəbilddən olan sualları başa düşürəm, amma deməyə davam edəcəyəm ki, gələcək sabahdır, vacib olan da budur. Hər matç, bu, mənim həyatımdır", - deyə Arbeloa açıqlama verib.
Mourinyonun "Real"a qayıtmaq istədiyini bildirilir. Lakin portuqaliyalı mütəxəssis özü açıq şəkildə Madrid klubunun onunla əlaqə saxlamadığını bildirib.
Qeyd edək ki, Arbeloa yanvar ayından bəri "Real"a rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.












