"İpsviç" 2026/27 mövsümü üçün Premyer Liqaya yüksələn ikinci Çempionşip komandası olub.

Matc.az xəbər verir ki, Kiran Makkennanın komandası Çempionşipin 46-cı turunda evdə KPR-i 3:0 hesabı ilə məğlub edərək mövsümü 84 xalla ikinci yerdə başa vurub.

"İpsviç" üçüncü yeri tutan "Millvall"ı 1 xal qabaqlayıb. "Millvall", "Sauthempton", "Midlsbro" və "Hal Siti" pley-offda növbəti mövsüm Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Frank Lampardın rəhbərlik etdiyi "Koventri" 25 illik fasilədən sonra ötən gün Premyer Liqaya qayıtmasını təmin edərək, Çempionşipin qalibi olub. "İpsviç" isə sonuncu dəfə ötən mövsümdən əvvəl Premyer Liqada oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest