02 May 2026, 11:52
FUTBOL
"Aston Villa" icarə müddəti bitdikdən sonra "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliottu almaq fikrində deyil.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Oyunçunun mövsüm bitdikdən sonra "Liverpul"a qayıtması gözlənilir. Lakin "qırmızılılar"ın gələcək üçün onunla bağlı uzunmüddətli planları yoxdur və futbolçunu yenidən transfer bazarına çıxara bilərlər.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm 11 oyunda meydana çıxıb və 1 qol vurub.












