"Yuventus" "Mançester Yunayted" və "Liverpul"un maraq dairəsində olan cinah oyunçusu Fransisko Konseysonun transferi ehtimalı halında "Marsel"in hücumçusu Meyson Qrinvudla müqavilə imzalamağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, Turin klubu 24 yaşlı futbolçu üçün mübarizəyə qoşulub. "Yuventus" həmçinin Konseysao ilə bağlı gedişatı və Edon Jeqrov üçün potensial təklifləri gözləyir.

Qeyd edək ki, Qrinvud bu mövsüm bütün yarışlarda 42 oyunda meydana çıxıb, 25 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest