PSJ qapıçı Lyuka Şevalyeni satmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Fransalı qolkiperin performansı klubu qane etmir. Liqa 1 nəhəngi Şevalye üçün gələn təklifləri dəyərləndirəcək. 24 yaşlı "əlcək sahibi"nin yayda klubdan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, PSJ Lyuka Şevalyeni mövsümün əvvəlində "Lill"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü Paris təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 28 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest