28 Aprel 2026, 16:02
FUTBOL
"Şalke" qapıçı Loris Kariusun mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya U-21 millisinin sabiq üzvü ilə artıq razılıq əldə olunub. 32 yaşlı qolkiperlə 1 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Loris Karius 2025-ci ilin yanvarından "Şalke"də çıxış edir. Təcrübəli "əlcək sahibi" bu mövsüm komandanın heyətində 20 oyunda iştirak edib.

_1777398900.jpg)


_1777394784.jpg)


_1777388422.png)




