"Union Berlin"in müdafiəçisi Danilo Duxi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Beşiktaş" niderlandlı futbolçunun xidmətində maraqlıdır.

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Duxini komandasında görmək istəyir. 27 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Beşiktaş" təcrübəli oyunçu ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Danilo Duxi bu möövsüm "Union Berlin"in heyətində keçirdiyi 34 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest