"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Mançester Yunayted" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Klubu 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Brayton" Ferdi Kadıoğlunu 2024-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Futbolçu bu mövsüm "qağayılar"ın heyətində keçirdiyi 38 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest