"Komo"nun müdafiəçisi Xakobo Ramon ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" sabiq futbolçusunu qaytarmaq istəyir. Madrid nəhəngi Eder Militaonun zədələnməsindən sonra Ramon üçün hərəkətə keçməyi planlaşdırır. "Kral klubu" 21 yaşlı mərkəz müdafiəçisini yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Komo" Xakobo Ramonu mövsümün əvvəlində "Real"dan 2,5 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest