"Atletiko"nun hücumçusu Xulian Alvares "Barselona"nın gələn mövsüm mərkəz hücumçusu mövqeyinə əsas namizədidir, lakin klub alternativləri də nəzərdən keçirir. Potensial variantlardan biri də "Çelsi"nin hücumçusu Joao Pedrodur.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, "Kamp Nou"dakı qeyri-müəyyən iqtisadi vəziyyətə görə, "Atletiko" ilə Alvaresin üçün transfer danışıqları çətin ola bilər.
Pedronun isə dəyəri 75 milyon avrodur və onun klubla müqaviləsi 2033-cü ilə qədərdir. "Barselona" onun transferində "Çelsi"nin maliyyə çətinliklərindən istifadə edə bilər, çünki klub maliyyə "feyr-pley" qaydalarına riayət etmək üçün vəsait toplamalıdır.
Bu mövqeyə daha bir namizəd, "İnter"in hücumçusu Lautaro Martinesdir.





_1777400283.jpg)
_1777398900.jpg)


_1777394784.jpg)


