28 Aprel 2026, 21:51
FUTBOL
"Liverpul" Alisson Bekkerin yayda komandadan ayrılacağı təqdirdə Portuqaliya və "Portu"nun qapıçısı Dioqo Kostanı namizədlər siyahısına daxil edib.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" bu mövsüm ehtiyat qapıçı Georgi Mamardaşvilinin oyunundan razı qalmadığına görə, 26 yaşlı qapıçıya maraqlarını artırıblar. Lakin Kosta "Liverpul"un nəzərdən keçirdiyi yeganə namizəd deyil.
Qeyd edək ki, Kosta bu mövsüm bütün yarışlarda 47 oyunda meydana çıxıb və bunlardan 24-də qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"da qolkiperin dəyəri 40 milyon avrodur.








_1777400283.jpg)
_1777398900.jpg)


_1777394784.jpg)