PSJ və "Bavariya" (5:4) arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında komandalar ümumilikdə 9 qol vurublar. Bu, turnir tarixində klubların bu mərhələdə tək bir oyunda 9 qol vurduğu ilk haldır.

Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

1959/60 mövsümündə Avropa Çempionlar Kubokunun yarımfinalında "Ayntraxt" "Reyncers"i 6:3 hesabı ilə məğlub edib, lakin qeyd edilən turnir fərqli formatda keçirilib.

Qeyd edək ki, PSJ və "Bavariya" arasındakı cavab görüşü mayın 6-da Münhendə keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest