Fransa prezidenti Emmanuel Makron Andorraya işgüzar səfəri zamanı, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda baş tutacaq PSJ – "Bayariya" qarşılaşması barədə açıqlama verib.

Matc.az xəbər verir ki, o, görüş ilə bağlı hesab təxmini edib.

"Mən "Marsel" azarkeşiyəm, amma bu gün PSJ oynayır, ona görə də PSJ azarkeşiyəm! Düşünürəm ki, onlar 3:1 hesabı ilə qalib gələcəklər".

Bu cütün qalibi finalda "Arsenal" və ya "Atletiko" ilə qarşılaşacaq. Bu mövsümün həlledici oyunu mayın 30-da, Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest