28 Aprel 2026, 17:05
FUTBOL
"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçisi ilə bütün şərtlərdə razılıq əldə olunub. Yaxın günlərdə Meynu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq. 21 yaşlı futbolçunun maaşı artırılacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Kobbi Meynu bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 26 oyunda 3 qol ötürməsi edib.




_1777400283.jpg)
_1777398900.jpg)

_1777394784.jpg)



_1777388422.png)
