"Luqano"nun müdafiəçisi Mattia Zanotti karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Qalatasaray" italiyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Zanottini yayda heyətinə qatmağa çalışacaq.

Belçikanın "Brügge", Portuqaliyanın "Portu" klubu da 23 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanır.

Qeyd edək ki, "Luqano" Mattia Zanottini 2024-cü ilin yayında "İnter"dən transfer edib. İtaliya U-21 millisinin sabiq üzvü bu mövsüm İsveçrə təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest