"Milan" və "Yuventus" cari mövsüm A Seriyasında qarşılaşdıqları hər iki oyunda qolsuz heç-heçəyə razılaşıblar.

Matc.az xəbər verir ki, ötən gün komandaların arasında "San Siroda" keçirilən İtaliya çempionatının 34-cü turunun görüşü 0:0 hesabı ilə başa çatıb.

Komandalar arasında ilk dövrədə Turində keçirilən qarşılaşma da qolsuz heç-heçə ilə nəticələnmişdi.

Bu mövsüm "Milan" və "Yuventus" A Seriyası tarixində ilk dəfə bir-birinə qol vura bilməyiblər.

Qeyd edək ki, "İnter" 34 turdan sonra 79 xalla turnir cədvəlinə başçılıq edir. "Milan" isə 67 xalla üçüncü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest