26 Aprel 2026, 13:24
FUTBOL
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi ABŞ-ın "Kolumbus Kru" komandası MLS-də 10-cu turun oyununu keçirib.
Matc.az xəbər verir ki, evdə "Filadelfiya" ilə üz-üzə gələn "Kolumbus Kru" rəqibini 2 cavabsız qolla məğlub edib.
Millimizin hücumçusunun adı iştirak ərizəsində olsa da, qarşılaşmada meydana daxil olmayıb.
Nəriman ötən tur "Los Anceles Qaleksi" (2:1) ilə oyanda da ehtiyat qalmışdı.
Qeyd edək ki, Şərq konfrasında yarışan "Kolumbus Kru" 10 oyundan sonra 12 xalla 8-ci sırada qərarlaşıb.












