27 Aprel 2026, 14:54
FUTBOL
"Başakşehir"in futbolçusu Yusuf Sarı Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Beşiktaş" türkiyəli vingeri transfer etmək istəyir. "Qara qartallar" 26 yaşlı oyunçu üçün yayda hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, "Başakşehir" Yusuf Sarını 2025-ci ilin yanvarında "Adana Demirspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 8 qol ötürməsi edib.




_1777303765.jpg)







