"Kimin arxada nə iş görməsi, məşqçi olaraq mənim düşüncəmdə zərrə qədər yoxdur".

"Dörd turdur ki, məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə istəyirdik. Sadəcə diqqətsizlik qolla nəticələnir. "Şamaxı"nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisindən sonra qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq".

Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 29-cu turunun "Şamaxı" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Kənardan görünür ki, müəyyən təzyiqlər var. Nə baş verir komandadaa? Rəhbərliyin dəstəyini hiss edirsiz?
- Hər şeyi görən Allahdır. İşimi vicdanla görməyə çalışıram. Kimin arxada nə iş görməsi, məşqçi olaraq mənim düşüncəmdə zərrə qədər yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Mənim üçün Allah yetərdir. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivsiyasını da verib.

- I Liqanın 2-ci yeri tutan komandası ilə qarşılaşacaqsız...
- Qarşıda 4 tur var və pley-off haqda fikirləşmək istəmirəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest