Türkiyə Superliqasında XXXI turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub. 

"Kocaelispor" səfərdə "Gənclərbirliyi"nə minimal hesabla uduzub. İstanbul derbisində isə "Qalatasaray" "Fənərbaxça" ilə üz-üzə gəlib. "Rams Park"da baş tutan derbidə "sarı-qırmızılılar" üç cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, sona üç tur qalmış, 31 oyundan sonra "Qalatasaray" 74 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbaxça" 67 xalla ikinci sırada qərarlaşıb. 30 oyun keçirən "Trabzonspor"un isə 65 xalla üçüncüdür.

Türkiyə Superliqası
XXXI tur
26 aprel

"nclərbirliyi" – "Kocaelispor" - 1:0
Qol: Mimaroğlu, 34 (pen)

"Qalatasaray" – "Fənərbaxça" - 3:0
Qollar:
Osimhen, 40, Yılmaz, 67 (pen), Torreyra, 83
Qırmızı vərəqə: Ederson, 62

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest