26 Aprel 2026, 17:40
FUTBOL
Hazırda "Bavariya"da icarə əsasında oynayan "Çelsi" və Seneqal millisinin hücumçusu Nikolas Cekson bu yay London klubuna qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Alman klubu hücumçunun 65 milyon avroluq transfer seçimini aktivləşdirməyəcək. Bu məlumatı Münhen klubunun direktoru Maks Eberl də təsdiqləyib.
"Çelsi" ilə oyunçunun nümayəndələri onun gələcəyini və yeni transfer planlarını yayda qiymətləndirəcəklər.
Cekson bu mövsüm "Bavariya"da bütün yarışlarda 29 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.












