27 Aprel 2026, 11:37
FUTBOL
Futbol üzrə Albaniiya çempionatında 33-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Vora"nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq də bu matçda iştirak edib. 24 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 29-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Eqnatiya" 54 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Vlazniya"dan 6 xal geri qalırlar.












