27 Aprel 2026, 09:20
FUTBOL
"Liverpul"un sağ cinah oyunçusu Məhəmməd Salah üçün mövsüm erkən sona çatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" paylaşıb.
Misirli oyunçu Premyer Liqanın "Kristal Pelas"la (3:1) oyunda aldığı bud əzələsi zədəsi səbəbindən mövsümün qalan hissəsini oynaya bilməyəcək.
33 yaşlı cinah oyunçusunun sağalması üçün təxminən 4 həftə vaxt lazım olacaq. Salahın 2026-cı il dünya çempionatına qədər sağalması gözlənilir.
Qeyd edək ki, Salah bu mövsümün sonunda "Liverpul"dan ayrılacaq. Cari mövsüm o, Premyer Liqada 39 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.












