"Real"ın və Braziliya millisinin müdafiəçisi Eder Militaonun zədəsi əvvəlcə gözləniləndən daha ciddi olub.
Matc.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Əvvəlcə oyunçunun mövsümün qalan hissəsini buraxacağı və dünya çempionatına qədər sağalmağa çalışacağı gözlənilirdi, lakin indi bu planlar pozulub. Son məlumatlara görə, Militao DÇ-2026-da oynaya bilməyəcək.
Tibbi müayinə zamanı sol budunda biseps zədəsi aşkar edilib. Həkimlər daha sonra daha da ciddi bir problem aşkar ediblər – daha əvvəl də eyni nahiyədən aldığı yırtıq zədəsi. O, həmin vaxt təxminən 4 ay müddətinə meydandan kənar qalmışdı.
Braziliyalı futbolçu əməliyyat olunmalıdır və bu, uzun müddətli sağalma tələb edəcək. Onun 2026/2027 mövsümünün əvvəlinə qədər meydana qayıtması gözlənilmir.
Bu, Militaonun cari mövsümdə dördüncü zədəsidir. O, müxtəlif sağlamlıq problemləri səbəbindən 2025/2026 mövsümündə ümumilikdə 27 oyunu buraxmalı olub.












