"Mançester Siti" 2026/2027 mövsümünə hazırlıq çərçivəsində Asiyaya yollanacaq.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Honq Konq şəhərində keçiriləcək genişmiqyaslı futbol festivalında iştirak edəcək.

Turnirin əsas hadisələrindən biri "Mançester Siti" ilə "İnter" arasında baş tutacaq qarşılaşma olacaq. Bu oyun avqustun 1-nə planlaşdırılıb. Görüş təxminən 50 min tamaşaçı tutumuna malik yeni "Kay Tak" stadionunda keçiriləcək. Arena ilk dəfə bu səviyyədə böyük futbol tədbirinə ev sahibliyi edəcək.

Bundan əlavə, turnirdə "Çelsi" və "Yuventus" da iştirak edəcək. Bu komandalar avqustun 5-də üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest