"Real"ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, fransalı forvard “Bavariya”ya qarşı keçirilən 1/4 final mərhələsinin cavab oyununun (3:4) 42-ci dəqiqəsində fərqlənərək komandasını hesabda önə çıxarıb. Bu, onun cari turnirdə səfər oyunlarında vurduğu 10-cu qol olub.

Beləliklə, Mbappe Çempionlar Liqası və Avropa Çempionlar Kuboku tarixində bir mövsümdə bu göstəriciyə çatan ilk futbolçuya çevrilib.

Ümumilikdə, bu mövsüm fransalı futbolçunun hesabında 15 qol var. Turnirin bir mövsümündə bundan daha çox qol vuran yeganə oyunçu isə mütləq rekordun sahibi olan Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz 2013/2014 mövsümündə 17 dəfə  rəqibləri məyus edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest