16 Aprel 2026, 11:09
ÇEMPİONLAR LİQASI
Vinisius Junior Çempionlar Liqasında unikal göstəriciyə görə Kriştiano Ronaldo ilə eyni səviyyəyə çatıb.
Matc.az xəbər verir ki, “Real”ın cinah oyunçusu “Bavariya”ya qarşı keçirilən 1/4 final mərhələsinin cavab oyununda (3:4) Kilian Mbappeyə məhsuldar ötürmə verməklə komandasının qollarına növbəti dəfə töhfə verib.
Braziliyalı vinger bunun sayəsində Madrid klubunun tarixində Çempionlar Liqasında beş və ya daha çox mövsümdə ən azı 10 qolda birbaşa iştirak edən ikinci futbolçu olub.
Bundan əvvəl bu nailiyyət 2009-2018-ci illərdə “Real”da çıxış edən və turnirdə bir sıra rekordlara imza atan Kriştiano Ronaldoya məxsus idi.












