"Düşünürəm ki, uşaqlar psixoloji baxımdan çox güclü idilər. Buraxdığımız qollardan sonra oyuna iki dəfə geri qayıtmağımızla fəxr edirəm. Azarkeşlər bizə kömək edirdi və həmişə komandanın geri dönəcəyinə inam var idi".

"Bavariya" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab matçında doğma meydanda "Real"a qalib gəlib - 4:3.

Matc.az xəbər verir ki, iki oyunun nəticəsinə görə 6:4 hesablı üstünlük əldə edən Almaniya klubu yarımfinala yüksəlib. Münhen təmsilçisinin baş məşqisi Vensan Kompani qarşılaşmadan sonra açıqlama verib. Belçikalı mütəxəssis komandasının psixoloji cəhətdən güclü olduğunu deyib:

"Oyunda çoxlu emosiyalar var idi. Topa yaxşı nəzarət edirdik və hiss edirdik ki, daha bir qol vura bilərik. Lakin rəqib inanılmaz dərəcədə sürətli və təhlükəlidir. "Real" kimi komandaya qarşı heç vaxt tam rahatlaşmaq olmaz. Düşünürəm ki, uşaqlar psixoloji baxımdan çox güclü idilər. Buraxdığımız qollardan sonra oyuna iki dəfə geri qayıtmağımızla fəxr edirəm. Azarkeşlər bizə kömək edirdi və həmişə komandanın geri dönəcəyinə inam var idi.

Belə anlar təsadüfən baş vermir. Sən mövsüm boyu məhz bunun üçün çalışırsan. Mənim üçün vacib olan odur ki, uşaqlar qorxmadan oynadılar. Bunu sadəcə müsahibədə demək olmaz, meydanda göstərmək lazımdır. Onlar da bunu etdilər. Çox vaxt nəticəni məhz xırda detallar müəyyənləşdirir. Həmişə çalışıram ki, ehtiyat oyunçular skamyasında sakit qalım. Amma oyunçun, məsələn, Yosip Stanişiçlə bağlı epizodda olduğu kimi, yerdə qaldıqda danışmaq normaldır. Buna görə mənə sarı vərəqə göstərilməsinə təəccübləndim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest