15 Aprel 2026, 13:12
ÇEMPİONLAR LİQASI
"Barselona"nın futbolçusu Rafinya UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Atletiko" ilə oyunlarında (0:2, 2:1) hakimlərin haqsız qərarlar verdiyini deyib.
Matc.az xəbər verir ki, "Atletiko"nun kapitanı Koke braziliyalı vingerə cavab verib. 34 yaşlı yarımmüdafiəçi "Atletiko"nun "Barselona"dan heç nə oğurlamadığını bildirib:
"Rafinya soyğunçuluğa eyham vurur? Bu, onun fikridir. Mən ona futbolçu kimi hörmətlə yanaşıram, amma bu açıqlama ilə razı deyiləm. "Atletiko" "Barselona"dan heç nə oğurlamayıb. Qırmızı vərəqə açıq-aşkar idi".
Qeyd edək ki, "Atletiko" turnirin yarımfinal mərhələsində "Arsenal" - "Sportinq" cütünün qalibi ilə qarşılaşacaq.



_1776425132.jpg)


_1776423003.jpg)





