"Barselona" çox yaxşı oynadı, lakin bu oyunu da əlimizdən aldılar. Hakimlik dəhşətli idi, referinin verdiyi qərarlar isə anlaşılmaz idi".

"Barselona" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyununda "Atletiko"nu 2:1 hesabı ilə məğlub etsə də (ilk oyun 0:2), turnirdə mübarizəni dayandırıb.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Rafinya qarşılaşmadan sonra açıqlama verib. Braziliyalı vinger matçın hakimini tənqidd edib:

“Bizi “Atletiko” ilə hər iki oyunda soydular. Səhvlər insan təbiətinin bir hissəsidir, amma bunun bir mərhələdə iki dəfə təkrarlanması? “Barselona” çox yaxşı oynadı, lakin bu oyunu da əlimizdən aldılar. Hakimlik dəhşətli idi, referinin verdiyi qərarlar isə anlaşılmaz idi. “Atletiko” saysız-hesabsız qayda pozuntusu etdi, amma hakim onlara heç sarı vərəqə belə göstərmədi. Onun “Barselona”nın növbəti mərhələyə keçəcəyindən çəkinməsini çox yaxşı anlayıram. Hər iki oyunda meydanda daha yaxşı tərəf biz idik. Sonda top qapıdan keçməli idi və bu baş vermədi. Erikə qırmızı vərəqə göstərilməsinin nə dərəcədə doğru olduğunu bilmirəm. Həmin epizodda Kunde də yaxın idi. Amma yekunda qərarı hakim verdi və bununla da komandamız üçün hər şey bitdi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest