"Atletiko"ya gəldiyim vaxtdan artıq 14 ildən çox vaxt keçib. Açığını desəm, komandanın hələ də belə əzmlə mübarizə aparmağa qadir olduğunu görmək heyrətamizdir. Bu müddətdə futbolçular dəyişib, saysız-hesabsız dəfə hər şeyə yenidən başlamışıq".
"Atletiko" UEFA Çeempionlar Liqası 1/4 final mərhələsinin cavab görüşündə doğma meydanda "Barselona"ya 1:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Madrid təmsilçisi iki oyunun nəticəsinə görə 3:2 hesablı üstünlük əldə edərək yarımfinala yüksəlib. Baş məşqçi Dieqo Simeone matçdan sonra keçirilən mətbuat konfransında güclü komandaya qarşı mübarizə apardıqlarını bildirib:
"Atletiko"ya gəldiyim vaxtdan artıq 14 ildən çox vaxt keçib. Açığını desəm, komandanın hələ də belə əzmlə mübarizə aparmağa qadir olduğunu görmək heyrətamizdir. Bu müddətdə futbolçular dəyişib, saysız-hesabsız dəfə hər şeyə yenidən başlamışıq. Amma yenə də Avropanın ən yaxşı dörd komandası sırasındayıq. Son dərəcə keyfiyyətli və idarə edilməsi çətin olan inanılmaz sürətlə oynayan komandaya qarşı mübarizə apardıq. Hesab 0:2 olduqdan sonra, bəzi fərdi səhvlərə baxmayaraq, böyük səylər göstərdik. Oyuna qayıtmağı və sakitliyimizi qorumağı bacardıq. Vurduğumuz qol isə möhtəşəm idi.
İkinci hissə daha balanslı keçdi. Nikо, Baena və Sörlotun oyuna daxil olması bizə əlavə enerji verdi. Rəqib əvvəlki sürətinin bir hissəsini itirdi, yalnız Arauxo və Levandovskiyə edilən ötürmələrlə kifayətləndi. Oyunun başlanğıcı bizim üçün dəhşətli idi. Amma belə hallar həmişə baş verə bilər. Sadəcə rəqib çox güclüdür. Belə komandalarla oynayanda səhv etsən, səni bağışlamırlar. Onların bir və ya iki qol vura biləcəyini əvvəlcədən nəzərə almışdıq. Bunun əvəzinə biz oynamalı, hücum etməli və öz oyunumuzu diqtə etməli idik. Taktikamız yalnız qapını qorumaq üzərində qurulmamışdı. Bəzən müdafiə olunmaq istəmirsən, amma rəqib buna səni məcbur edir, çünki topu onlardan ala bilmirsən.
Hər dəfə “Barselona”ya qarşı oynayanda anlayırıq ki, onlara qarşı mübarizə aparmağın yeganə yolu hücum etməkdir. Bu dəfə onlar topa daha çox sahib oldular, əvvəlki oyunda isə balans daha bərabər idi. Əgər onlara qarşı hücum etməsən, uduzacaqsan. "Barselona" hücumda çox güclüdür. Bilirdik ki, bizim də şanslarımız olacaq. İspaniya Kubokunda möhtəşəm birinci hissə keçirmişdik, sonra isə səfərdə dözməli olduq. Çempionlar Liqasının ilk oyununda epizodlardan maksimum yararlandıq və 2:0 hesablı üstünlük bizə çətin oyun üçün müəyyən rahatlıq verdi. Alvares və Qrizmannın qaçışları, Lyorentenin, Molinanın, Kokenin işi, Rujerinin möhtəşəm oyunu, ehtiyatdan meydana çıxanların performansı - bütün bunlar bizə böyük güc verdi.
Bu, mənim “Atletiko” ilə dördüncü yarımfinalımdır. Çempionlar Liqasının yarımfinalında oynamaq möhtəşəmdir. Ora böyük həvəs və inamla yollanacağıq. Güclü və zəif tərəflərimizi bilirik. Amma özümüzə böyük inamımız var. Hazırıq, uzun illərdir can atdığımız məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Atletiko" yarımfinalda "Arsenal" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək.




_1776425132.jpg)


_1776423003.jpg)




