"Məyusuq. Birinci hissədə çoxlu qol imkanlarımız oldu. Üçüncü qolu vurmaq şansımız var idi. Lakin bunun əvəzinə öz qapımızda qol gördük".

"Barselona" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi ilk görüşdə məğlub olduğu üçün (0:2) turnirdə mübarizəni dayandırıb. İspaniya çempionunun baş məşqçisi Hans Flik matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib. Almaniyalı mütəxəssis komandasının yarımfinala yüksəlməyə layiq olduğunu deyib:

"Məyusuq. Birinci hissədə çoxlu qol imkanlarımız oldu. Üçüncü qolu vurmaq şansımız var idi. Lakin bunun əvəzinə öz qapımızda qol gördük. Fantastik oyun keçirdik və matçı on nəfərlə başa vurduq. Komandamın gördüyü işi çox yüksək qiymətləndirirəm. Bir qədər bəxt çatmadı. Şərait belə gətirdi. Bunu qəbul etməliyik. Xırda detallar oyunun gedişatını həll etdi. Qalib gəlmək üçün daha da yaxşı olmalı idik.

Düşünürəm ki, yarımfinala layiq idik. Amma nəticəni qəbul etməliyik. Yaxşı oyun keçirdik. Futbolçularımla fəxr edirəm. Növbəti addım La Liqada çempion olmaqdır. "Barselona" üçün hələ heç nə bitməyib. Komanda kimi oynamalı, düzgün mentalitetə sahib olmalıyıq. Hamı məyusdur. Əminəm ki, azarkeşlər də elədir. Çempionlar Liqasını qazanmaq klubun arzusudur. Biz gənc komandayıq, amma inkişaf etdirməli olduğumuz məqamlar var. Bunu növbəti mövsümdə edəcəyik. Hazırda əsas prioritet La Liqadır.

Hakimlik barədə danışmaq istəmirəm. Çünki bu, heç nəyi dəyişməyəcək. Bu kimi məsələlərə təsir edə bilmərik. Bunu qəbul etməliyik. Əlbəttə, istəyərdiniz ki, bu barədə danışım, amma mən bunu etmək istəmirəm. Bu məğlubiyyəti qəbul etmək çətin olsa da, diqqətimizi çempionata yönəldə bilərik. Hamı düşünürdü ki, bunu bacara bilərik. Məyusuq, amma bunu qəbul etməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest