"Real"ın müdafiəçisi Raul Asensio UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Bavariya" ilə cavab matçında iştirak etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

İspaniyalı futbolçunun səhhətində problem var. 23 yaşlı mərkəz müdafiəçisi komanda ilə birlikdə Almaniyaya aparılmayacaq.

Raul Asensio bu mövsüm "kral klubu"nun heyətində keçirdiyi 31 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bavariya" - "Real" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Madriddə keçirilən ilk oyun Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest