"Komo"nun baş məşqçisi Sesk Fabreqas klubdakı vəziyyəti barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın sükanı arxasında olmaqdan məmnun olduğunu və baş məşqçi postunu tərk etməyi düşünmədiyini bildirib:

“Başqa bir İtaliya komandasını çalışdırmaq? Bunun çox çətin olduğunu düşünürəm. Bəli, ötən il müəyyən təmaslar olmuşdu. Lakin bu layihəni sevdiyim üçün qalmağa qərar verdim. Mən tam şəkildə prosesə cəlb olunmuşam. "Komo"da gördüyümüz işdən razıyam".

Xatırladaq ki, Fabreqas 2024-cü ilin yayında "Komo"nun baş məşqçisi təyin olunub. 38 yaşlı mütəxəssisin komandası hazırda İtaliya çempionatında keçirdiyi 32 oyunda 58 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest