"Liverpul"un futbolçusu Dominik Soboslai UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ ilə cavab görüşündən öncə açıqlama verib.
Matc.az xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi yarımfinala yüksələcəklərinə inandığını bildirib:
"Geridönüş edə biləcəyimizə inanıram. Çünki nəyə qadir olduğumuzu və heyətimizdə hansı oyunçuların olduğunu bilirəm. Dəfələrlə öz mentalitetimizi nümayiş etdirmişik. Bu gün də buna ehtiyacımız olacaq. "Enfild Roud" amili çox böyük rol oynayacaq. Bunu bu mövsüm, ötən mövsüm və daha əvvəl dəfələrlə görmüşük. Fərqli oynayacağıq. İlk matçda onların necə çıxış etdiyini gördük. İndi buna qarşı tədbir görməyə çalışacağıq. Riskə getməli və maksimum gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, "Liverpul" Fransada keçirilən ilk oyunda PSJ-yə 0:2 hesabı ilə uduzub. Komandalar arasındakı cavab matçı gecə "Enfild Roud"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












