14 Aprel 2026, 11:45
DÇ-2026
Qana milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, Afrika təmsilçisini Karlos Keyruş çalışdıracaq. Bu barədə yer federasiyanın mətbuat xidməti məlumat yayıb.
73 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Portuqaliyalı çalışdırıcı bu vəzifədə 31 martda vəzifəsindən azad edilən Otto Addonu əvəz edib. Keyruşun son iş yeri isə 2025-ci ildə rəhbərlik etdiyi Oman milli komandası olub.
Qeyd edək ki, Qana millisi yayda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb və qrup mərhələsində İngiltərə, Xorvatiya və Panama yığma komandaları ilə oynayacaq.












