14 Aprel 2026, 09:50
FUTBOL
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Manuel Noyer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Brayton" 40 yaşlı qolkiperin xidmətində maraqlıdır. Premyer Liqa təmsilçisinin almaniyalı baş məşqçisi Fabian Hürzeler həmyerlisini komandasında görmək istəyir.
"Qağayılar"ın yaxın vaxtlarda təcrübəli "əlcək sahibi" ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 32 oyunda qapısında 30 qol görüb.












