Argentinada Dieqo Armando Maradonanın ölümü ilə bağlı iş üzrə yeni məhkəmə prosesi başlayıb.

Matc.az "Reuters"ə istinadən xəbər verir ki, ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunan tibbi heyətin yeddi üzvü məhkəmə qarşısına çıxarılıb. Ötən il əvvəlki proses hakimlərdən birinin istefası səbəbindən dayandırılmışdı.

Yeni baxış çərçivəsində təxminən 100 nəfərin ifadəsinin dinlənilməsi planlaşdırılır. İstintaq Maradonanın beyin əməliyyatından sonra reabilitasiya dövründə həkimlərin mümkün səhlənkarlığına yönəlib.

Prokurorluq bildirir ki, tibb işçiləri müalicə protokollarını pozub, əfsanəvi futbolçunun bərpa dövründə saxlanma şəraiti uyğun olmayıb. Müdafiə tərəfi isə ölümün xroniki sağlamlıq problemləri səbəbindən qaçılmaz olduğunu iddia edir.

Bu iş üzrə araşdırma hələ 2021-ci ildə başlanıb. Həmin vaxt xüsusi tibbi komissiya həkimlərin hərəkətlərinin qeyri-peşəkar və məsuliyyətsiz olduğu qənaətinə gəlmişdi.

Günahları sübuta yetiriləcəyi halda, təqsirləndirilən şəxsləri 8 ildən 25 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Dieqo Armando maradona 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest