14 Aprel 2026, 12:59
FUTBOL
"Nitsa"nın müdafiəçisi Dante mövsümün sonunda karyerasını başa vurmağa hazırlaşıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Braziliyalı futbolçu məşqçilik fəaliyyətinə başlayacaq. Dante "Bavariya"nın U-23 komandasında çalışacaq. 42 yaşlı mərkəz müdafiəçisi artıq Almaniya klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Dante 2012-2015-ci illərdə "Bavariya"nın formasını geyinib və Münhen təmsilçisinin heyətində 11 kubok qazanıb. O, 2016-cı ildən "Nitsa"da çıxış edir.












