"Real" sabiq yarımmüdafiəçi Toni Kroosu kluba qaytarmaq üçün çalışır. Madrid klubu dünya çempionunun idman strukturlarında yer almasını istəyir.
Matc.az xəbər verir ki, Bu barədə AS məlumat yayıb.
Bildirilir ki, İspaniya nəhəngi Kroosun klubun gündəlik əməliyyatlarına verdiyi töhfənin, vəzifəsindən asılı olmayaraq, klubun inkişafına təsir göstərə biləcəyinə inanır. Vurğulanır ki, "Real"ın prezidenti Florentino Peres keçmiş oyunçunun geri qayıtması üçün şəxsən çalışır, lakin əməkdaşlığın təfərrüatları hələ dəqiqləşdirilməyib.
Xatırladaq ki, Kroos 2014-cü ildən 2024-cü ilə qədər Madrid klubunda oynayıb və sonra karyerasanı başa vurub. Bu müddət ərzində yarımmüdafiəçi beş dəfə Çempionlar Liqasını, dörd dəfə isə İspaniya çempionu titulunu qazanıb.












