“Xüsusən Əliyar Ağayevin təyinatı vaxtı belə bir şeyin başımıza gələcəyini ehtimal edirdik”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

“Turan Tovuz” bu gün ölkı kubokunun ilk yarımfinal görüşündə “Zirə”yə 0:2 hesabı ilə uduzub. Baş hakim Əliyer Ağayevin idarəçiliyindən narazı olan klub rəhbəri sərt ittihamlar səsləndirib:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstündə içsinlər, haqqımızı içməsinlər. Oyunçuların haqqını içməsinlər. 1 il boyu əziyyətimizi gəlib bir gündə yerə vurulur. Bunlar dəyişməlidi. Xüsusən Əliyarın “Turan”a təyinatından biz belə halları gözləyirdik”.

E. Quliyev bildirib ki, rəqibin qələbəsinə kölgə salmaq istəmir, amma narazı qaldığı məqam hakimin bəzi qərarlarıdı: “Çempionatdakı oyundan sonra "insanıq, səhv eləmişəm" mesajı göndərildi bizə. Haramı olsun, haqqımız, uşaqların alın təri xüsusən Əliyarın haramı olsun. Bunları demək istəyirəm, rəqib komandanın qələbəsinə kölgə salmaq istəmirəm. Amma futboldu, bu şeylər dəyişilməlidir. Bəzi şeyləri biriləri dilə gətirməlidir. Biz dilə gətirmədikdə, səssiz qaldıqca əliyarlar belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım eləməyin də anlamı yoxdu, belə çıxırsa. Əziyyət çəkməyin də anlamı yoxdu, oyunçu transfer etməyin də. Əliyar kimilərdən canımız qurtarmalıdı, Azərbaycan futbolunun canı qurtarmalıdı. Bu oyundakı epizodlarımı hamınız gördüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. “Turan” azarkeşlərinin səssiz qalmamasını istəyirəm, artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Bir mövsümlük 2 təlim-məşq toplanışı etmişik, çoxlu investisiya eləmişik, amma Əliyargillər imkan vermir”.        

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest