"Qalatasaray"ın müdafiəçisi Vilfred Sinqo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Il Mattino" qəzeti məlumat yayıb.

"Napoli" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Neapol təmsilçisinin idman direktoru Covanni Manna Sinqonu klubun transfer siyahısına daxil edib. Son İtaliya çempionu 25 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Vilfred Sinqo bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest