Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasının dünya çempionatına vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mundiala vəsiqə qazanacağına əmin olduğunu deyib:
"Cennaro Qattuzoya uğurlar arzulayıram. Ümid edirəm ki, dünya çempionatında görüşəcəyik. Onların mundiala vəsiqə qazanacağına 100 faiz əminəm. Yaxşı, deyək ki, 95 faiz, qalanını isə tale həll edəcək. Bir şey dəqiqdir ki, İtaliyanı dünya çempionatında nisbətən asan qrup gözləyir. Orada yeganə həqiqətən güclü rəqib İsveçrə yığmasıdır”.
Qeyd edək ki, sabah DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçiriləcək. İtaliya yığması səfərdə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.









_1774907195.jpg)

_1774904796.jpg)
