"Liverpul"un cinah oyunçusu Məhəmməd Salah cari mövsümün sonunda İngiltərə klubundan ayrıldıqdan sonra "Roma"ya qayıtmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, misirli futbolçu İtaliya klubunda bir mövsüm keçirə bilər və bu da gələcəyi ilə bağlı qərarı təxirə salır. Salah 2015-ci ildən 2017-ci ilə qədər "Roma"da oynayıb və bütün yarışlarda 83 oyun keçirib.

Bu mövsüm 33 yaşlı futbolçu "Liverpul"un heyətində bütün yarışlarda 34 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 30 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest