"Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq".

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində inamlı qələbə qazanıb.

Matc.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Toral Bayramov 6:1 hesablı qələbəni şərh edib.

"Layiqli qələbə qazandıq. Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyük hesablı qələbə qazandıq. Millimizin tarixində rekord nəticə qeydə alındı. Sevincliyik. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq.

Meydança ilk hissədə normal olsa da, ikinci yarıda yağışın güclənməsi səbəbindən vəziyyət dəyişdi. Penalti epizoduna gəldikdə isə düşünürəm ki, orada penalti yox idi. Hər ikimiz mübarizə aparırdıq", - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, millimiz martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest