"Beşiktaş" mövsümün sonunda iki futbolçu ilə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bunlar Cengiz Ünder və Gökhan Sazdağıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Hər iki oyunçunun performansı baş məşqçi Sergen Yalçını qane etmir. "Qara qartallar"da icarə əsasında çıxış edən Cengiz müqavilə ilə məxsus olduğu "Fənərbaxça"ya qayıdacaq.

Klub Gökhanla da yola davam etməyəcək. 31 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsinə xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, Cengiz Ünder bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 24 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib. Gözhan Sazdağı isə 17 oyunda meydana çıxıb, qol və ya assistlə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest