"Atletiko"nun futbolçusu Markos Lyorente gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, ispaniyalı sol cinah müdafiəçisi karyerasını Madrid təmsilçisində başa vurmaq istədiyini deyib:

"Karyeramı "Atletiko"da bitirmək istəyirəm. Bu klubda mümkün qədər uzun müddət qalacağıma və müqaviləmin uzadılması ilə bağlı razılığa gələcəyimizə ümid edirəm. Özümü burada dəyərli oyunçu kimi hiss edirəm. Karyeramı nə vaxt bitirəcəyəm? Düzünü desəm, 35 yaşdan sonra peşəkar futbol oynayacağımı düşünmürəm".

Qeyd edək ki, "Atletiko" Markos Lyorenteni 2019-cu ilin yayında "Real"dan transfer edib. 31 yaşlı müdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 40 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest