26 Mart 2026, 13:19
FUTBOL
Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Bernardo Silva karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayııb.
"Qalatasaray" portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır. İstanbul nəhəngi yayda azad agent statusunda olacaq Silva ilə indidən danışıqlara başlamağı planlaşdırır. "Sarı-qırmızılar" 31 yaşlı futbolçuya yüksək məbləğdə maaş təklif edəcəklər.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Kapitan bu mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 42 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.




_1774529866.jpg)







