PSV "Roma"dan icarəyə götürdüyü Anass Salah-Eddinlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Niderland klubu mərakeşli müdafiəçinin transfer hüquqlarına yiyələnəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klublar arasındakı anlaşmada 8 milyon avroluq satınalma maddəsi yer alıb. Eyndhoven təmsilçisi 24 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, PSV Anass Salah-Eddini mövsümün əvvəlində icarəyə götürüb. Müdafiəçi komandanın heyətində 24 oyunda meydana çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest