Hakan Çalhanoğlu 2021-ci  ildə "Milan"dan "İnter"ə keçidi barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü qərar verməyin onun üçün çətin olduğunu deyib:

"Milan" mənə müqavilənin uzadılması ilə bağlı heç vaxt rəsmi təklif etmədi, yalnız şifahi danışıq olmuşdu. Avropa çempionatının sonuna qədər gözlədik, lakin heç bir irəliləyiş olmadı. Daha sonra mənimlə "Barselona" və "Yuventus" maraqlanmağa başladı. Daha sonra isə "İnter" variantı ortaya çıxdı. Simone İnzagi Avropa çempionatı zamanı mənə daim zəng edirdi. O, həqiqətən də məni komandasında görmək istəyirdi. Tərəddüd edirdim. “Milan”dan “İnter”ə keçid asan deyil, bu, çətin qərardır. Agentim mənə dedi ki, yaxşı düşün, sonra qərar ver. Ertəsi gün razılaşdım. Bu məsələni ailəmlə müzakirə etmədim, bu, mənim qərarım idi. Daha sonra hər şeyi onlara izah etdim. Onlar da məni dəstəklədilər. Həyat yoldaşım hansı qərarı verməyimdən asılı olmayaraq daim yanımdadır. Sonda meydançaya çıxıb məsuliyyəti öz üzərimə götürməli olan şəxs mənəm".

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "İnter"ə keçib. 32 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyası təmsilçisinin forması ilə 26 oyunda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest